Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 45-ci iclasında Saharaaltı Afrikadan 5 yer YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Efiopiyanın cənubunda yerləşən 3500 metr hündürlüyündəki “Bale Dağları Milli Parkı” UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Təxminən 30 min il əvvəl məskunlaşdığı kəşf edilən Bale dağları insanların hündürlükdə qurduğu ən qədim yaşayış sahəsi hesab olunurdu.
Həmçinin, Efiopiyada Gedeao icmasının üzvlərinə məxsus monumental klasterləri və kənd təsərrüfatı sahələrini özündə birləşdirən “Gedeo mədəni mənzərəsi” də siyahıya daxil edilib.
Siyahıya Mərkəzi Afrikadakı ən böyük fil populyasiyalarından biri olan Konqo Respublikasındakı “Odzala-Kokoua Milli Parkı” da daxil edilib.
Zəngin biomüxtəlifliyi ilə məşhur olan, dünyada nadir quş və kərtənkələ növlərinə ev sahibliyi edən Madaqaskardakı "Andrefana Quru Meşələri" də siyahıya daxil edilib.
Toqonun şimal-şərqindəki ərazinin 2004-cü ildə “Koutammakou Torpaqları” olaraq qeyd edilən və Beninə qədər genişləndirilən hissəsi də siyahıya daxil edilib.
Aygün
Manşet.az