Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda Amerikanın PBS kanalının qonağı olaraq gündəmlə bağlı sualları cavablandırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, müsahibə zamanı Ərdoğana Rusiya lideri Putinə güvənib-güvənmədiyi barədə sual verilib.
Ərdoğan bu suala belə cavab verib:
"Putinə güvənməməyim üçün heç bir səbəb yoxdur. Rusiya ən az Qərb qədər etibarlıdır. Bizi 50 ildir qapısında gözlətdirən AB-dir. Hazırda Qərbə nə qədər güvənirəmsə Rusiyaya da o qədər güvənirəm.”
Rusiya prezidenti Vladimir Putinin Qara Dəniz Taxıl Təşəbbüsünü təkrar canlandırmadığı sualına Ərdoğan bildirib ki, biz Putindən xahiş etdik və 1 milyon ton daha göndərəcəklərini dedilər. Ərdoğan Putinin taxıl ixracına dərhal başlayacağını və hadisələri izlədiklərini söyləyib.
Aygün
Manşet.az