Elm adamları əfsanəvi elmi-fantastik personaj Terminatordan ilhamlanaraq robotlar üçün canlı dəri istehsal ediblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın Valensiya Politexnik Universitetindən iki alim robotların “hiss edə bilməsi” üçün canlı dəri istehsal edib.
Elm adamları 1984-cü ildə Arnold Şvartseneggerin baş rolda çəkildiyi "Terminator" elmi fantastika filmindən ilham alıblar.
Bu yeni dəridə müxtəlif şəraitlərdə böyüyə bilən “Ganoderma sessile” adlı göbələk növü istifadə edilib. Daha sonra 18 santimetrlik robot modeli onunla örtülüb. 5 gündən sonra göbələklər mini robotu yuxarıdan aşağıya örtdüyü müşahidə edilib. Yaranan dəri təbəqəsinin işığa və toxunmaya həssas olduğu müşahidə edilib. Mütəxəssislər bu dərinin özünü yenilədiyini və reaksiya verdiyini bildiriblər. Bu texnologiya binaları örtə bilən və onların temperaturunu tənzimləyə bilən canlı örtüklərin hazırlanmasında rol oynaya bilər.
Aygün
Manşet.az