Məşhur aktrisa həyatına son qoydu – FOTO

14:52 - 19 Sentyabr 2023

Məşhur aktrisa həyatına son qoydu – FOTO

Türkiyəli məşhur aktrisa Merve Kayaalp dünyasını dəyişib. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Muğlanın Dalaman rayonunda yaşayan kino aktrisası Merve Kayaalp (36) atasına məxsus lisenziyalı silahla həyatına son qoyub. Dalaman Qazi Bulvarında yerləşən yaşayış binasının ikinci mərtəbəsinin eyvanından silah səsləri eşidən ətrafdakılar 112 Təcili Zəng Mərkəzinə məlumat verib.

Xəbər üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Tibb işçilərinin müayinəsindən sonra aktrisa Merve Kayaalpın öldüyü müəyyən edilib. 36 yaşlı Kayaalpın cansız bədəni yarılma üçün Muğla Ədliyyə Tibb Təşkilatı Morquna aparılıb. 

Evdə heç kim olmadığı zaman atası Rıza Kayaalpın lisenziyalı silahı ilə həyatına son qoyub.

Qeyd edək ki, aktrisa Merve Kayaalp “Sakarya Fırat”, “Küçük Kıyamet”, “Elif”, “Şeref Meselesi” və “Savaşçı” seriallarında rol almışdı.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az