”Dünya nüvə müharibəsi astanasındadır” - Papa 

11:12 - 20 Sentyabr 2023

”Dünya nüvə müharibəsi astanasındadır” - Papa 

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk 1962-ci ildə Kuba raket böhranında olduğu kimi dünyanın nüvə müharibəsi astanasında olduğunu bəyan edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Papa Fransisk bunu 1958-1963-cü illər arasında Katolik Kilsəsinin lideri olmuş Papa İoannın 1963-cü ildə nəşr etdiyi "Pacem in Terris" adlı sülh sirkulyarının 60-cı ildönümü münasibətilə təşkil edilən konfransda söyləyib. 
Papa mesajında cəmiyyətləri nüvə silahlarını aradan qaldırmağa və adi silahlardan yalnız özünümüdafiə üçün istifadə etməyə çağırıb.
Papa qeyd edib ki, dünyamız Ukraynadakı münaqişənin faciəvi vəziyyətində hissə-hissə aparılan üçüncü dünya müharibəsinin məngənəsində qalmaqda davam edir. 
Papa Fransiskin sözlərinə görə indiki vəziyyət bizə 1962-ci ilin oktyabrında Kuba raket böhranında olduğu kimi dünyanın nüvə müharibəsi astanasında olduğu dövrü xatırladır.
Katoliklərin ruhani lideri nüvə silahlarından azad dünyanın mümkünlüyünü bəyan edib.   
Aygün
Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az