2016-cı ildə müəmmalı bir təşkilat Banqladeşin mərkəzi bankından 951 milyon dollar oğurlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hollivud filmlərini darmadağın edən planı araşdıran tədqiqatçılar 7 il əvvəl baş verən hadisənin pərdəarxasını üzəçıxarıb.
Bildirilib ki, 5 fevral 2016-cı il cümə günü səhər saat 8.45-də Banqladeş Mərkəzi Bankına kiber hücum edilib. Növbətçi rəis Zubair Ben Huda əvvəlcə printer və sistemdə nasazlığın olduğunu düşünüb. Lakin, Banqladeşdə bayram günü olduğu üçün texniki heyətlə əlaqə saxlamaq mümkün olmayıb.
Banqladeş Mərkəzi Bankında rəqəmsallaşma addımları atılmadığından, bu printer çox vacib idi. Çünki inzibati heyət standart telefon xətləri və digər kanallar üzərindən mesajlar göndərir və böyük pul köçürmələrinin çapını təqdim edirdi.
Cihazı düzəltmək üçün səylər göstərilsə də, heç bir nəticə əldə edilməyib və bayram günü ilə əlaqədar köçürmələr göstərilə bilməyib. Səlahiyyətlilərlə danışan Ben Huda “Belə kiçik fasilələr davamlı olaraq olurdu” deyərək vəziyyəti aydınlaşdırmağa çalışıb. Lakin vəziyyət onun düşündüyü kimi yaxşılaşmırdı.
Fevralın 5-də baş verən bu hadisənin haker hücumu ilə bağlı ola biləcəyi heç kimin ağlına belə gəlməmişdi. Naməlum hakerlər bankın sisteminə sızaraq indiyə qədər görülməmiş kiberhücum keçiriblər.
Oğurluğun miqyası isə bir gün sonra üzə çıxmağa başlayıb. Çapı işə salmağı bacaran Banqladeş rəsmiləri Nyu York Federal Ehtiyat Bankından üç mesaj alıblar. Fed işçisi Banqladeşə məktub yazaraq son 24 saat ərzində alınan 46 ödəniş tapşırığı ilə bağlı izahat istəyib.
FED indiyədək bankdan bu qədər böyük məbləğdə pul köçürməsi tələbi almamışdı. Təxminən 1 milyard dollarlıq pulun köçürülməsi üçün göstəriş verilib.
Bunu görən bank rəsmiləri bir səhv olduğunu anlayıb. Çünki nadir hallarda, hətta iş saatlarında belə belə böyük məbləğdə ödniş təlimatı olmamışdı.
Beləki, Banqladeş səlahiyyətliləri daha çox məlumat əldə etmək üçün sənədləri araşdırmağa başlayıb. Lakin onların tapa bildikləri ifadələr pozulmuş və oxunmaz halda idi.
Araşdırmalar nəticəsində məlum olub ki, hakerlər qlobal Swift sisteminə sızıb və aylarla gizləndikdən sonra ən primitiv bank sistemi olan ölkəni seçiblər. Fəaliyyət günü gələndə, Nyu-York vaxtı ilə cümə axşamı günortadan başlayaraq, FED-in Filippindəki dörd bank hesabına və Şri Lankadakı bir bank hesabına ümumi məbləği 1 milyard dollar olan 70 saxta ödəniş tapşırığı verilib.
Dövlət bayramı cümə günü olduğundan və həftə sonu filiallar bağlandığından, quldurlar özlərinə çox vaxt qazanıblar.
Bəs belə planlı quldurluğu kim və ya nə təşkil edib? Belə bir soyğunçuluq etmək üçün kimin təcrübəsi və cəsarəti var idi? Cinayətdən bir neçə həftə sonra Banqladeş səlahiyyətliləri ABŞ-ın kibertəhlükəsizlik firması FireEye-ni araşdırmaq üçün təyin edib.
Aygün
Manşet.az