Daha bir güneyli fəal saxlanıldı

19:09 - 20 Sentyabr 2023

Daha bir güneyli fəal saxlanıldı

Dünən axşam İranın təhlükəsizlik qüvvələri Zəncan şəhərində yaşayan milli və vətəndaş cəmiyyəti fəalı Fərhad Hüseynini həbs edərək naməlum yerə aparıblar. Bununla bağlı onun yaxınları məlumat veriblər.

 

Manset.az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalında xəbər verilib.

Milli fəala məxsus sosial media hesabları bağlanıb, onun nədə ittiham olunduğu haqqında məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, sentyabr ayında Güney Azərbaycanın müxtəlif bölgələrində çox sayda fəal həbs edilib. Aidiyyəti hökumət orqanları onların həbs səbəbləri və ittihamları barədə açıqlama vermir./oxu.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az