Mask beyin çipi sınağı üçün iflic insanlar axtarır

11:38 - 21 Sentyabr 2023

Mask beyin çipi sınağı üçün iflic insanlar axtarır

Amerikalı iş adamı, SpaceX və Tesla Motors-un qurucusu İlon Maskın beyin çipi təşəbbüsü olan Neuralink müstəqil araşdırma şurasından təsdiq aldıqdan sonra iflic olan insanlar üzərində beyin implantının ilk sınağını keçirmək üçün xəstələr axtarır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Neuralink təxminən 6 il davam edəcək araşdırmanın harada keçiriləcəyini və neçə iştirakçının iştirak edəcəyini açıqlamayıb.

İmplant onurğa beyninin zədələnməsi nəticəsində iflic olan xəstələrdə sınaqdan keçiriləcək.

Qeyd edilib ki, əvvəllər meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla şərh edərək cihazlara ötürüb.

Beyin implantının təhlükəsiz olduğu sübut olunsa da ekspertlər təşəbbüsün kommersiya istifadəsi üçün təsdiqlənməsinin 10 ildən çox çəkə biləcəyini deyirlər.

2016-cı ildən bəri Neuralink şirkəti beyinə yerləşdiriləcək mikroçiplər sayəsində iflic və korluq kimi nevroloji xəstəliklərin müalicəsini və əlillərin həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləyib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az