Milyardlarla istifadəçisi olan “Facebook” loqosunu dəyişdi - FOTO

12:56 - 21 Sentyabr 2023

Milyardlarla istifadəçisi olan “Facebook” loqosunu dəyişdi - FOTO

Ayda 3 milyard insanın istifadə etdiyi nəhəng sosial media platforması olan “Facebook” bu yaxınlarda loqosunu dəyişib.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, yeni loqo köhnə loqodan bir qədər mavi rəngdədir.

Dəyişiklik ilk baxışdan nəzərə çarpmaya bilər.

Yuxarıdakı şəklin solunda köhnə loqonu, sağında isə yeni loqonu görə bilərsiniz. Yeni loqo indi bir az daha mavidir və “f” hərfində bəzi incə dəyişikliklər var.

Qeyd edək ki, loqo “Meta”nın etdiyi tək dəyişiklik deyil. Mətn formatında, rəng palitrasında və animasiya reaksiyalarında da irili-xırdalı dəyişikliklər edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az