Baydendən Putini qəzəbləndirəcək addım: “Gələn həftə təhvil verilir”

11:47 - 22 Sentyabr 2023

Baydendən Putini qəzəbləndirəcək addım: “Gələn həftə təhvil verilir”

ABŞ prezidenti Co Bayden Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski və xanımı Yelena Zelenskanı qəbul edərkən Amerikanın ilk Abrams tanklarının gələn həftə Ukraynaya gətiriləcəyi barədə məlumat verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Bayden ABŞ-ın Ukraynaya yeni 325 milyon dollarlıq hərbi yardımını açıqlayıb. Həmçinin, paketə daha çox döyüş sursatı və avadanlıq daxil olduğunu bildirib.

Görüş zamanı Bayden əvvəlcə Ukrayna xalqını tərifləyib, daha sonra Rusiya prezidenti Vladimir Putinin Ukraynanı və NATO-nu məhv edə biləcəyi ilə bağlı fikirlərində yanıldığını qeyd edib.

Bayden vurğulayıb ki, Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə birlikdə Ukraynanın ərazisini geri almaq üçün humanitar yardım və hərbi dəstək göstərməyə davam edəcək.

Davamlı sülhü dəstəklədikləri mesajını verən Bayden Rusiyanın sülhə mane olduğunu və istəsə bu gün müharibəni bitirə biləcəyini qeyd edib. ABŞ prezidenti Rusiyanın İran və Şimali Koreyadan daha çox silah almağa çalışdığını söyləyib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az