Avropa Birliyi ABŞ-ın texnologiya şirkəti, çip istehsalçısı Intel-i rəqabət qaydalarını pozduğuna görə 376 milyon 360 min avro cərimələyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, AB Komissiyası Intel-i bazardakı üstünlüyündən sui-istifadə etməsi səbəbi ilə yenidən cərimələmək qərarına gəldiyini açıqlayıb.
2009-cu ildə Komissiya kompüter istehsalçılarına endirimlər tətbiq edərək bazarda rəqabətə zidd davranışlar nümayiş etdirdiyi üçün şirkəti 1,06 milyard avro cərimələmişdi.
AB Komissiyası Intel-in Aİ-nin antiinhisar qaydalarını pozduğunu və rəqiblərini müvafiq bazardan kənarlaşdırmağa yönəlmiş təcrübələrlə məşğul olduğunu bildirib.
Cərimə qərarı Intel-in 2002-2006-cı illər arasında kompüter istehsalçıları Hewlett Packard, Acer və Lenovo-ya rəqib şirkətlərin mərkəzi prosessorlarının bazara çıxarılmasının gecikdirilməsi və satış kanallarının məhdudlaşdırılması üçün etdiyi ödənişlərə görə verilib.
Aygün
Manşet.az