Məşhur kosmetoloqun "Rus agenti" olduğu ortaya çıxdı

17:16 - 22 Sentyabr 2023

Məşhur kosmetoloqun \"Rus agenti\" olduğu ortaya çıxdı

İllərdir İngiltərədə kosmetoloq kimi tanınan və mükafatlar alan Bolqarıstan vətəndaşı Vanya Qaberovanın “Rusiya agenti” ittihamı ilə saxlanılması ölkədə gündəm mövzusuna çevrilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə aparılan hərtərəfli təhlükəsizlik araşdırması çərçivəsində 3 Bolqarıstan vətəndaşı Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılıb. İllərdir İngiltərədə yaşayan və müxtəlif işlərdə çalışan şübhəlilərin Rusiya adına İngiltərədə dövlət sirlərini əldə etməyə çalışdıqları bildirilib.

Aparılan istintaq çərçivəsində İngiltərədə tanınmış “Pretty Woman” adlı gözəllik şirkətinin sahibi olan 29 yaşlı kosmetoloq Vanya Qaberova olması hər kəsi təəccübləndirib.

Qaberovadan başqa Orlin Russev, Bizer Cambazov, Katrin İvanova və İvan Stoyanov da 2020-2023-cü illər arasında “düşmən dövlətlərin xeyrinə olacaq məxfi məlumat əldə etməyə cəhd” ittihamı ilə saxlanılanlar arasındadır. Şübhəlilər gələn həftə məhkəmə qarşısına çıxacaqlar.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az