Nigeriyanın Zamfara əyalətində universitetə silahlı basqın nəticəsində 35 nəfər qaçırılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Zamfara əyalət qubernatorluğunun sözçüsü Mugira Yusuf məlumat verib.
Onun sözlərinə görə naməlum silahlı şəxslər səhər saatlarında ştatın Qusau bölgəsində universitetə hücum edib. Hücumda 24-ü tələbə olmaqla 35 nəfərin qaçırıldığı qeyd edilib.
Zamfara əyaləti 5 ildir silahlı dəstələrin hücumları ilə üzləşir. Adam oğurluğuna görə cəza ölüm olsa da, ölkədə fidyə müqabilində adam oğurluğu adi hal alıb.
Aygün
Manşet.az