Taylandın Satun əyalətində heç vaxt görülməmiş çuxur gürzə ilan növü aşkar edilib.
Manset.az Vertebrate Zoology jurnalında dərc olunan məqaləyə istinadən məlumat verir ki, ilk dəfə tapılan bu ilana kirpikli gürzə deyilirir. Onun elmi adı Trimeresurus Ciliaris olub.
Tapılan ilan parlaq zümrüd yaşıl rəngi ilə diqqət çəkib.
Həmçinin onu başqalarından fərqləndirən dərisi deyil, alimlər bildirir ki, ilanın gözlərində kirpiklərə bənzəyən pulcuqlar var.
DNT analizi onun gəldiyi ailədən fərqli xüsusiyyətlərə malik olduğunu üzə çıxarıb. Hazırda ilan zəhərinin toksikliyi, yaşayış yeri və ov obyektləri araşdırılır.
Jalə
Manşet.az