Zelenski keçmiş nasist əsgərini alqışladı – Reaksiyaya səbəb oldu

17:34 - 25 Sentyabr 2023

Zelenski keçmiş nasist əsgərini alqışladı – Reaksiyaya səbəb oldu

Ukrayna prezidenti Vladimir Zelenski Kanadaya səfəri çərçivəsində Nümayəndələr Palatasının sədri Entoni Rota keçmiş nasist veteranı Yaroslav Hunkanı Kanada-Ukrayna müharibəsi qəhrəmanı kimi təqdim edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenskinin İkinci Dünya Müharibəsi illərində nasist hərbi birləşməsində xidmət etmiş 98 yaşlı ukraynalı Yaroslav Hunkanı alqışlaması böyük reaksiyaya səbəb olub.

Hunkanı təqdim edən Rota çıxışında bu sözləri deyib:

"Bu gün burada Ukraynanın müstəqilliyi üçün ruslara qarşı vuruşan və bu gün 98 yaşı olmasına baxmayaraq qoşunlara dəstəyini davam etdirən İkinci Dünya Müharibəsi müharibəsindən Ukrayna-Kanadalı bir veteranımız var. O, bir Ukrayna qəhrəmanı, bir Kanada qəhrəmandır. Bütün xidmətlərinə görə ona təşəkkür edirik"

Lakin müdafiə qrupu olan Simon Wiesenthal Mərkəzinin Dostları (FSWC) tərəfindən sərt bəyanat verilib. Bəyanatda Kanada Parlamentinin İkinci Dünya Müharibəsi zamanı yəhudilərin və başqalarının kütləvi qətlində iştirak edən nasist hərbi birliyində xidmət etmiş ukraynalı veteranı tanıtmasından dərindən narahatlıq duyduğunu ifadə edib.

Kanada bazar günü verdiyi açıqlamada Hunkanı təqdim etdiyinə görə peşman olmasına səbəb olan əlavə məlumatlar əldə etdiyini və hadisəyə görə bütün məsuliyyəti öz üzərinə götürdüyünü söyləyib.

Aygün

Manşet.az  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az