Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada difteriya epidemiyasından ölənlərin sayı 453-ə çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nigeriyanın Səhiyyə Nazirliyi məlumat verib.
Açıqlamada qeyd olunub ki, hazırda 7 min 202 difteriya hadisəsi aşkarlanıb, epidemiyada həyatını itirənlərin sayı isə 453-ə yüksəlib. Açıqlamada tibb qruplarının xəstəliyə yoluxanların yüzdə 80-ni peyvənd etdiyi bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nigeriyada difteriya hallarının artması səbəbindən epidemiyaların ikinci dalğasının olduğunu təsdiqləyib.
Aygün
Manşet.az