ABŞ Kuk adalarını və Niueni rəsmən tanıyacaq

18:43 - 25 Sentyabr 2023

ABŞ Kuk adalarını və Niueni rəsmən tanıyacaq

ABŞ Sakit okeandakı Kuk adaları və Niue adalarını suveren və müstəqil dövlətlər kimi tanıyacaq və bu ölkələrlə diplomatik əlaqələr quracaq.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden verdiyi yazılı açıqlamada Kuk adaları və Niueni suveren və müstəqil dövlətlər kimi tanıyacağını və iki ölkə ilə diplomatik əlaqələrin qurulacağını açıqlayıb.

ABŞ-ın Kuk adaları ilə İkinci Dünya Müharibəsindən bəri uzun bir əməkdaşlıq tarixi olduğunu bildirən Bayden, bu ölkə ilə əlaqələrin qurulmasının qeyri-qanuni və qeydə alınmayan balıq ovu və iqlim dəyişikliyi ilə mübarizəyə, iqtisadi artıma, iqtisadi inkişafa və yeni adaların yaradılmasına töhfə verəcəyini, azad və açıq Hind-Sakit Okean regionu olduğunu bildirib. O, bunun imkanlar yaradacağını qiymətləndirib.

Bayden Niuenin Sakit Okeanda, o cümlədən regionun davamlı inkişafı, təhlükəsizliyi, dəniz və okeanların qorunması da daxil olmaqla, “kritik və konstruktiv rol” oynadığını bildirib. ABŞ prezidenti iqlim böhranı və iqtisadiyyat kimi sahələrdə Niue ilə diplomatik əlaqələrin qurulmasının töhfələrinə diqqət çəkib.

ABŞ-ın Sakit Okean Adaları Forumu (PIF) və Sakit Okean İcması ilə sıx əməkdaşlıqda işləməyi planlaşdırdığını qeyd edən Bayden, Sakit okeanda aktiv və müvafiq tərəfdaş olmaq üçün atdığı addımlardan danışıb.

Bu çərçivədə Bayden, Sakit Okean Adaları üçün ilk milli strategiyanı elan etdiyinə, PİF-ə səfir təyin etdiyinə və ilk ABŞ-Sakit Okean Adaları Sammitini keçirdiyinə diqqət çəkib.

Qeyd edək ki, ABŞ prezidenti Bayden 2-ci ABŞ-PİF Sammiti çərçivəsində bu gün Ağ Evdə PIF ölkələrinin liderlərini qəbul edəcək.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az