Ukrayna Rusiya komandirinin Krım yarımadasına hücumda həlak olduğunu deyib.
Manset.az xarivi KİV-ə istinadən xəbər verir ki, Ukrayna xüsusi təyinatlılarının verdiyi açıqlamada, Rusiyanın Qara dəniz donanmasının komandanı Viktor Sokolovun ötən həftənin cümə günü Sevastopol şəhərindəki qərargahına raket hücumu nəticəsində həlak olduğu bildirilib.
Açıqlamada komandir də daxil olmaqla 34 nəfərin öldüyü, 105 rus əsgərinin yaralandığı bildirilib. Ukrayna xüsusi təyinatlıları hücuma məruz qalan qərargahın təmir oluna bilməyəcəyini qeyd ediblər.
Rusiya hələlik Ukraynanın iddiası ilə bağlı açıqlama verməsə də, Rusiya Müdafiə Nazirliyi hücumdan sonra bir əsgərin itkin düşdüyünü bildirib. Ukrayna Silahlı Qüvvələri 9 nəfərin həyatını itirdiyini açıqlayıb.
Jalə
Manşet.az