Yunanıstanda leptospirozdan ölüm qeydə alındı - İnsandan insan keçə bilir

20:57 - 25 Sentyabr 2023

Yunanıstanda leptospirozdan ölüm qeydə alındı - İnsandan insan keçə bilir

Yunanıstanın Milli İctimai Sağlamlıq Təşkilatının (EODY) Kerkira adasında leptospirozun yayılma ehtimalına qarşı araşdırmaya başlamaq istədiyi bildirilib.

 

Manset.az xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərində 22 sentyabrda Kerkira adasında ölüm səbəbinin bakterial xəstəlik olan leptospiroz olduğu bildirilib.

May ayında Kerkirada bir nəfərin leptospiroz səbəbiylə öldüyünü xatırladan EODY, Regional Qubernatorluq Səhiyyə Ümumi Müdirliyindən epidemik xəstəlik ehtimalı ilə bağlı araşdırma aparmağı, dezinfeksiya və zərərvericilərə qarşı mübarizə işləri aparmağı xahiş edib

Leptospira adlı bakteriyaların törətdiyi leptospiroz heç bir əlamət göstərməsə də, baş ağrısı, əzələ ağrısı, yüksək hərarət, ağciyərlərdə qanaxma və meningit kimi simptomlar da göstərə bilər.

Xüsusilə siçan kimi gəmiricilərdən yoluxan leptospiroz nadir hallarda da olsa, insandan insana da keçə bilər.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az