ABŞ-da keçirilən sorğuda ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərinin müqayisəsində keçmiş prezident Donald Trampdan 9 bal geri qalıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, ABC/Washington Post tərəfindən aparılan sorğu 2024-cü il prezident seçkiləri üçün Bayden və Tramp arasında hipotetik müqayisənin nəticələrini ortaya çıxarıb.
Sorğuda iştirakçıların 51 faizi Trampı dəstəkləyib, Bayden isə sələfindən 9 bal geri qalaraq 42 faiz dəstək alıb.
ABC/Washington Post tərəfindən fevral ayında keçirilən analoji sorğuda Trampa dəstək yüzdə 48, Baydenə isə 45 faiz olaraq qeydə alınıb.
Sözügedən sorğuda Baydenin iqtisadi və immiqrasiya siyasətlərinə ictimai dəstək də az olub.
Respondentlərin yalnız 37 faizi Baydenin iş performansını bəyənib, 56 faizi isə prezidentə mənfi qiymət verib. Sorğuda iştirak edən yetkinlərin 44 faizi Bayden administrasiyası dövründə maliyyə vəziyyətinin daha da pisləşdiyini bildirib.
Baydenin immiqrasiya siyasətini bəyənənlərin nisbəti yüzdə 23 ikən, 2024-cü il prezident seçkilərindən sonra yeni vəzifə üçün çox köhnə olduğunu düşünənlərin nisbəti yüzdə 74 olaraq təyin olundu.
Sorğuda respondentlərin 48 faizi Baydenlə müqayisədə Trampın vəzifədə olduğu müddətdə iş performansına müsbət, 49 faizi isə mənfi qiymət verib.
Tramp Ağ Evi tərk edərkən aparılan sorğularda xalqın dəstəyi 38 faiz, iş performansını bəyənməyənlərin nisbəti isə yüzdə 60 civarında olub.
Sentyabrın 15-dən 20-dək ölkə üzrə telefonla təsadüfi seçilmiş və ingilis və ispan dillərində keçirilən sorğuda 1006 böyüklər iştirak edib.
Jalə
Manşet.az