NATO-nun Kosovoya “yardım” bəyanatı: Müdaxilə etməyə hazırıq

23:17 - 25 Sentyabr 2023

NATO-nun Kosovoya “yardım” bəyanatı: Müdaxilə etməyə hazırıq

NATO Sülh Qüvvələri KFOR Kosovonun şimalında Banjskada bir polis məmurunun ölümü ilə nəticələnən silahlı hücumdan sonra başlayan gərginliklə bağlı bəyanat verib.      


Manset.az xarici mediaya istinadən xəbər verir ki, vəziyyətin yaxından izlənildiyini bildirən KFOR lazım gələrsə bölgədə müdaxilə etməyə hazır olduğunu qeyd edib.   
Bildirilib ki, KFOR Komandanı bütün beynəlxalq maraqlı tərəflərlə, o cümlədən Aİ, Serbiya Silahlı Qüvvələrinin Baş Qərargahı və Kosovodakı təsisatları ilə sıx və daimi təmasdadır. Çözüm tapmaq üçün çox çalışır. “NATO-nun rəhbərlik etdiyi KFOR missiyası Kosovo polisinə hücumu qətiyyətlə pisləyir və həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Qeyd edək ki, hadisə ilə bağlı Serbiya prezidenti Aleksandr Vuçiç də paytaxt Belqradda mətbuata açıqlama verib. Vuçiç təsdiqləyib ki, Kosovonun şimalında kosovalı polis əməkdaşının ölümü ilə nəticələnən insident Kosovo serbləri tərəfindən törədilib. 
Aygün
Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az