“Şeytan kuklası” oyuncaq Çakki polis tərəfindən “saxlanıldı”

23:20 - 25 Sentyabr 2023

“Şeytan kuklası” oyuncaq Çakki polis tərəfindən “saxlanıldı”

1990-cı illərin məşhur qorxu qəhrəmanı və bir çox uşaqların kabusu olan “şeytan kuklası” oyuncaq Çakki Meksikada bir polis əməliyyatı nəticəsində “saxlanılıb”.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı şübhəlilərlə birlikdə polis bölməsinə aparılan oyuncaq Çakki polisin filmlərdəki kimi "şər ruh" daşıya biləcəyini deməsindən sonra əlləri qandallanıb və oyuncağın saçından tutularaq cinayət şəkilləri çəkilməsi diqqət çəkib. 
Görüntülər ölkədə “polis öz işinə ciddi yanaşmır” reaksiyalarına da səbəb olub.
Şəhərin keçmiş polis rəisi Xuan Raul Alkoser “Jurnalistlər polisdən oyuncaq ilə poza verməsini və əllərini qandallamasını istəyib, o da bunu edib. Polis işini daha ciddi etməli və oyuncaqlarla oynamamalıdır”, - deyə qeyd edib. 
Aygün
Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az