Meksikada Chipinque Ekoloji Parkında piknik edən ailənin qurduğu süfrəyə ayı qonaq olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ayı yeməyi yeyərkən masadakı qadın və uşaq donub qalaraq ayının getməsini gözlədiyi anlar anbaan lentə alınıb.
Kadrlarda qadının uşağı qucaqlayaraq əli ilə gözlərini bağladığı, ayının isə diqqətini masanın üstündəki yeməyə cəmlədiyi görülüb. Bildirilib ki, yeməyi yedikdən sonra ayı hadisə yerindən uzaqlaşıb və heç kimə zərər verməyib.
Ekspertlər piknik edənlərin hadisə zamanı yerində donub dayanaraq düzgün hərəkət etdiklərini, ayıların insanları təhlükə olaraq görmədiklərini bildiriblər. Meksikanın şimal əyalətlərində ayıların yaşayış məntəqələrinə enməsi və ya ərazidə yaşayan insanlara yaxınlaşması kimi hadisələr tez-tez baş verir.
Aygün
Manşet.az