Zelenski Şevçenkonu müşavir təyin etdi

10:16 - 27 Sentyabr 2023

Zelenski Şevçenkonu müşavir təyin etdi

Ukrayna Prezidenti Volodimir Zelenski milli komandanın sabiq futbolçusu və baş məşqçisi Andrey Şevçenkonun ştatdankənar müşavir vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Manset.az xəbər verir ki, qərar Ukrayna Prezidentinin ofisinin saytında dərc olunub.

Andrey Şevçenko Kiyev "Dinamo", İtaliyanın "Milan" və İngiltərənin "Çelsi" klublarında hücumçu kimi çıxış edib. 2016-cı ilin iyulundan 2021-ci ilin avqustuna qədər Ukrayna millisinin baş məşqçisi olub.

2022-ci ilin fevralında o, İtaliyanın "Cenoa" klubundan ayrılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az