Alimlər ilk dəfə ildırımın istiqamətini dəyişdilər

11:20 - 06 Oktyabr 2023

Alimlər ilk dəfə ildırımın istiqamətini dəyişdilər

Tədqiqatçılar ilk dəfə güclü lazerdən istifadə edərək səmada ildırımın istiqamətini dəyişməyi bacarıblar.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu kəşf ildırım vurması nəticəsində yaranan yanğınların və ölümlərin qarşısını ala bilər.

Güclü lazer ildırım çubuğuna dəyməzdən əvvəl onun yönünü təqribən 60 metr dəyişdirə bilib.

Lazerlərin ABŞ-da hər il böyük tələfatlara səbəb olan təhlükəli tufanlardan qorunmaq üçün istifadə ediləcəyi bildirilib.   

Yeni aparatı sınaqdan keçirmək üçün alimlər 3 tonluq lazeri İsveçrədəki 2000 metr yüksəklikdəki Santis dağının zirvəsinə gətiriblər.    

Bu ildə ən azı 100 dəfə ildırım vurmasını etibarlı şəkildə qəbul edən 400 metrlik rabitə qülləsidir.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az