Rusiyada boru kəməri ilə dizel ixracına qoyulan qadağa qismən götürüldü

12:30 - 06 Oktyabr 2023

Rusiyada boru kəməri ilə dizel ixracına qoyulan qadağa qismən götürüldü

Rusiya hökuməti dizel yanacağının limanlar vasitəsilə boru kəmərləri ilə ixracına qoyulan qadağanı qismən ləğv edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya hökumətindən verilən yazılı açıqlamada ölkədə davam edən yanacaq ixracı qadağasında bəzi dəyişikliklərin edildiyi bildirilib.

Açıqlamada neft emalı zavodları üçün subsidiyaların və ya amortizasiya ödənişlərinin yenidən başlandığına dair məlumatlar yer alıb.İstehsalçının istehsal etdiyi dizelin yüzdə 50-nin yerli istehsala tədarük edilməsi şərti ilə istehsalçının dizel yanacağını da limanlardan boru kəmərləri vasitəsilə ixrac edə biləcəyi qeyd edilib.

Qeyd edək ki, Rusiya hökuməti ölkədə benzin və dizelin qiymətinin artması ilə əlaqədar sentyabrın 21-də yanacaq məhsullarının ixracına qadağa qoyub. Rusiya Baş nazirin müavini Aleksandr Novak oktyabrın 3-də verdiyi açıqlamada bildirib ki, qadağa daxili bazarda sabitlik əldə olunana qədər davam edəcək.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az