"Artıq dünyanın İsrailin yanında olmasının və HƏMAS-ı, onun müttəfiqlərini və İrandakı tərəfdarlarını açıq və birmənalı şəkildə mühakimə etməsinin vaxtı çatıb".
Manset.az xəbər verir ki, bunu İsrail Prezidenti İshak Hersoq öz “X” sosial şəbəkə hesabında bildirib.
Prezident bildirib ki, İsrail hakimiyyəti vətəndaşlarımıza qarşı bu açıq və mövcud təhlükəni aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görəcək.
"İsrail bütün çətinliklərin öhdəsindən gələcək", - İ.Hersoq qeyd edib.
