İsrail hərbçiləri yüzlərlə terrorçunu zərərsizləşdirdi

23:10 - 07 Oktyabr 2023

İsrail hərbçiləri yüzlərlə terrorçunu zərərsizləşdirdi

Qəzza zolağından İsrail ərazisinə daxil olan yüzlərlə terrorçu məhv edilib.

 

Manset.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Vurğulanıb ki, son bir neçə saat ərzində İsrailin Quru Qoşunları və Hava Qüvvələri ölkənin cənubunda bir sıra məntəqələrdə əməliyyat keçirib və yüzlərlə terrorçunun qarşısını alıb.

Bundan başqa, iki təyyarə Karni keçid məntəqəsi yaxınlığındakı təhlükəsizlik hasarını keçməyə cəhd edən terrorçuları zərərsizləşdirib. Daha 13 terrorçu keçid məntəqələrində döyüş təyyarələri tərəfindən məhv edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az