Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 2445 nəfərə çatdı

09:45 - 09 Oktyabr 2023

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 2445 nəfərə çatdı

Əfqanıstanın qərbində və qonşu əyalətlərdə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 2 445 nəfərə çatıb.

 

Manset.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Heratdan “Sinxua” agentliyi məlumat yayıb.

Herat əyalətinin Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin direktoru Mavlavi Aşarinin sözlərinə görə, ən çox zərər çəkmiş ərazi Herat rayonunda 13 kənd tamamilə dağılıb.

Çinin Seysmoloji Mərkəzinin məlumatına görə, şənbə günü Əfqanıstanda 6,2 bal gücündə iki zəlzələ baş verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az