İsrail Bankı bazara 30 milyard dollar xarici valyuta çıxaracaq 

11:27 - 09 Oktyabr 2023

İsrail Bankı bazara 30 milyard dollar xarici valyuta çıxaracaq 

İsrail Bankı (Mərkəzi Bank) Fələstinlə münaqişənin kəskinləşməsi fonunda daxili maliyyə bazarına dəstək proqramı çərçivəsində 30 milyard ABŞ dollarına qədər xarici valyuta satmağa qərar verib.

 

Manset.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi quruma istinadən məlumat yayıb.

Bildirilib ki, tənzimləyicinin qarşıdakı dövr üçün fəaliyyəti İsrailin milli valyutasının – şekelin məzənnəsindəki dəyişkənliyin yumşaldılmasına və lazımi likvidliyin təmin edilməsinə yönələcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az