Rusiyanın ən gözəl qızı seçildi - FOTO

16:13 - 09 Oktyabr 2023

Rusiyanın ən gözəl qızı seçildi - FOTO

"Miss Russia 2023" müsabiqəsinin qalibinin adı açıqlanıb.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu ada Sankt-Peterburqdan olan 22 yaşlı Marqarita Qolubevanı layiq görülüb. 

Qalib mükafat olaraq tac və bir milyon rubl pul mükafatı, həmçinin "Miss World" və "Miss Universe" müsabiqələrində Rusiyanı təmsil etmək hüququ qazanıb.

Bu il Rusiyanın birinci vitse-miss titulunu tolyattili Elizaveta Dudina, ikinci vitse-miss isə Saxa Respublikasından olan Lyubov Xokholova qazanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az