Ailə üzvləri 8 dəqiqəyə muzeydən milyard avroluq oğurluq etdi - FOTO

12:44 - 25 Sentyabr 2021

Ailə üzvləri 8 dəqiqəyə muzeydən milyard avroluq oğurluq etdi - FOTO

Tarixin ən böyük soyğunçuluğu cəmi 8 dəqiqə müddətində həyata keçirildi

Tarixin ən böyük muzey oğurluğu üçün hiyləgər bir plan və ya təhlükəsizlik sistemlərini aldatmağı bilən və diqqətdən kənarda qalan təcrübəli mütəxəssislər tələb olunmurdu. Cinayətkarlar bu qədər sərvəti oğrulamağa bir alışqan, hidravlik bir paz və bir balta yetərli olub. İyirmi birinci əsrdə belə sadə metoddan istifadə etməklə dünyanın ən inkişaf etmiş ölkəsinin və ciddi mühafizə olunan muzeyindən milyard avro dəyərində soyğunçuluq reallaşdırılıb. 

Manşet.az xəbər verir ki, tarixin ən böyük oğruluq hadisəsi Almaniyanın Drezden şəhərindəki keçmiş kral qəsrindəki muzeyində baş verib. Hadisə isə 2019-cu ilin noyabrın 25-də səhərə yaxın saat təxminən 4 radələrində baş verir. Oğrular ətrafda elektirk enerjiisnin kəsilməsini təmin etmək üçün elektrik şitini yandırırlar. Nəticədə ətrafda işqlar söndüyündən muzeydəki həyəcan siqnalı da işləmir. Ətrafın zülmət qaranlığa bürünməsi oğruların planlarını realaşdırmasını asanlaşdırır. Cinayətkar dəstənin 2 üzvü birinci mərtəbədəki pəncərinin baramaqlıqlarını “reşotka” kənara itələyərək içəri girirlər və oradan məşhur xəzinə “Qryunes Gevelbe”yə (Green Vault) daxil olurlar. Burada I Pyotrun dövründə hətta Avropada məşhur olan Saksoniya Avqust Güclünün və onun nəslinin zərgərlik kolleksiyası saxlanılırdı.

Bu zaman muzeydə iki mühafizəçi olub. Onlar monitorda oğruları gördükdə instruksiyaya uyğun hərəkət ediblər. Belə ki, qapalı bir otağa keçib, oğrularda odlu silah olduğundan qəhrəmanlıq etməyin mənasını görməyib təcili polisə xəbər verirlər. Lakin polis gəlincə oğrular hadisə yerini tərk edirlər. Soyğunçuların muzeydən bir milyard avroluq oğruluq etməsi cəmi 8 dəqiqə çəkir. Onlar oğruladığı eksponat və əşyaları götürərək pəncərədən çıxıb əvvəlcədən onlaır gözləyən Audi markalı maşınla aradan çıxırlar. Soyğunçular qəsrdən bir neçə kilometr aralıqda bir yeraltı qarajda Audi markalı maşını tərk edib, əvvəlcədən taksi kimi bəzədilmiş başqa bir maşına əyləşib aradan çıxırlar. “Audi”nin üzərinə benzin töküb yandırırlar. 

Polis zəngdən 5 dəqiqə sonra muzeyə gəlsə də, artıq hər şey gec idi. Artıq soyunçular muzeydən çox uzaqlaşmışdılar. 

Muzeyə baxış zamanı qırılan vitrinlərdən 4,3 min brilyant və digər zinət əşyalaırnın bəzədiyi 21 eksponat yoxa çıxdığı bəlli olur. Oğrulanan əşyalara arasında Sakson kraliçası Amalia Augusta aid 660 daşdan ibarət bir broşu və 15 böyük brilyant, yüz kiçik daş olan Kral I Frederik Avqustun toqası, nadir zinət əyası olan 49 karatlıq Sakson ağ almazı da olur.

Almaniyanın Bild qəzeti yoxa çıxan xəzinələrin bir milyard avroya qədər ola biləcəyini iddia edib. Tarixdə heç bir muzey oğurluğu belə ziyana səbəb olmayıb. Məhkəmə sənədlərində isə oğurlanan əşyaların sığorta dəyəri 113,8 milyon avro göstərilir. Oğurlanan əşyalar arasında sığortalanmamış eksponatlar da olub. Çünki ən bahalı eksponatlar sığortalanmayıb. 

Alman polsini axtarışı nəticəsində cinayəti bir ailənin üzvlərindən ibarətə cinayətkar dəstə həyata keçirib. 
Məlum olub ki, oğurluqdan bir gün əvvəl “Qryunes Gevelbe”-yə son dərəcə şübhəli dörd nəfər gəlib. Onlar muzeydə hər yeri diqqətlə baxış keçiriblər. Onlardan biri polisə Remmo cinayət ailəsinin bir üzvünü xatırladıb.

Polisin ilk versiyalaırnda Remmo klanının bu oğurluqda əlinin olduöunu istisna etməyib, ancaq əldə ciddi sübut olmayıb.

Remmo klanı, Berlində fəaliyyət göstərən Livan dəstələrindən biridir. Qurucusu, 54 yaşlı kürd mhallami İssa Remmo Beyrutdakı bir Fələstinli qaçqın düşərgəsində böyüyüb . 1980 -ci illərin sonlarında Livanda vətəndaş müharibəsi olanda Almaniya Demokratik Respublikasına gəlib. Almaniyaya qaçaq yolla girən bir çox livanlı mühacirin işləməsinə icazə verilmirdi. Ona görə də yaşamaq üçün yeganə çıxış yol ucinayətkarlıqla məşğul olmaq qalırdı.  
Belə bir deyim var. Cinayətin izi qalır.

 İstintaq yanan “Audi”də 23 yaşlı Vissam Remmonun DNT izlərini həm muzeyin pəncərəsindəki “reşotka”sında, həm də yanmış “Audi”də müəyyən edir. 

Alman polisi bu şəxsi yaxşı tanıyırdı. Çünki Vissam Remmo oğruluğa 15 yaşından SİMkartların oğurlanması ilə başlayıb. O daha sonra Bode Muzeyindən 100 kiloqramlıq sikkənin oğurlayıb.

İstintaq oğurluğun Remmo klanı tərəfindən həyata keçirməsini bilsə də, onları həbs edə bilmir. Hadisə ilə bağlı polis Vissam Remmonu və onunla bərabər daha iki nəfəri saxlanılıb. Polis daha sonra 21 yaşlı Mohamed Remmonu, Abdul Məcid Remmonu və 23 yaşlı bir berlinli qadını saxlayıb. 2021-ci ilin sentyabrında saxlanılan 6 şəxsə Drezden muzeyindəki soyğunçuluqla bağlı cinayət işi açılıb. 

Ən maraqlı cəhət odur ki, bütün cəhdlərə baxmayaraq, oğurlanan zinət əşyalarını tapmaq hələ də mümkün olmayıb. Mütəxəssislər hesab edir ki, yəqin heç vaxt da mümkün olmayacaq.

ölkə.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az