Hamburq aeroportu İrandan gələn təyyarəyə görə bağlandı

17:13 - 09 Oktyabr 2023

Hamburq aeroportu İrandan gələn təyyarəyə görə bağlandı

Almaniyanın Hamburq hava limanında bazar ertəsi elektron poçtla gələn bomba təhdidindən sonra bütün uçuşlar təxirə salınıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə federal polis nümayəndəsi məlumat yayıb.

Məlumata görə, içərisində 198 sərnişinin olduğu təyyarədə polislər tərəfindən yoxlanış aparılıb, həmçinin, sərnişinlər sorğu-sual edilib.

Nümayəndə əlavə edib ki, hava limanının yanğınsöndürmə briqadası axtarışlara cəlb olunduğu üçün uçuş və ya eniş mümkün deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az