Qəzzadan İsrailə raket atışları üçüncü gündür ki, davam edir.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, HƏMAS Tel-Əvivdəki Ben Qurion hava limanına raket hücumu həyata keçirdiyini açıqlayıb.
Bildirilib ki, Əsqalan şəhərinə HƏMAS tərəfindən raketlər atılıb.
Qəzzadan təxminən 13 kilometr aralıda yerləşən şəhərdə çoxmərtəbəli binanın böyük hissəsi dağıdılıb.
Yerusəlimdə də həyəcan siqnalı səslənib.
Qüdsün şimalındakı hərbi keçid məntəqəsində İsrail əsgərləri ilə fələstinli qruplar arasında qarşıdurma baş verib.
İsrailin işğal etdiyi İordan çayının qərb sahilində də gərginlik artıb. İsrail qüvvələri bir çox şəhərlərdə fələstinlilərə qarşı basqınlar həyata keçirib.
İsrail-Livan sərhədində də toqquşmalar var. İsrail ordusu Livandan sızan bir çox silahlı şəxsin zərərsizləşdirildiyini açıqlayıb.
Hizbullah İsrailə qarşı heç bir əməliyyat keçirmədiklərini açıqlayıb.
Jalə
Manşet.az