İsraildə ölənlərin sayı 900-ə çatıb

21:37 - 09 Oktyabr 2023

İsraildə ölənlərin sayı 900-ə çatıb

İsraillə HƏMAS arasında toqquşmalar üçüncü gündür ki, davam edir.

 

Manset.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, İsraildə həyatını itirənlərin sayı 900-ə yüksəlib, 157-si ağır olmaqla 2616 nəfər yaralanıb.

Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma başlayıb.

Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib.

Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya hücumları nəticəsində 560 nəfərin həyatını itirdiyini, 2900 nəfərin isə yaralandığını açıqlayıb.

İsrail qüvvələri oktyabrın 7-dən bəri Qüds və işğal altındakı İordan çayının qərb sahilində 16 fələstinlini öldürüb.

Jalə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az