İsrail və işğal olunmuş Fələstin torpaqlarında baş verən "görünməmiş" hadisələri müzakirə etmək üçün BMT-nin yüksək səviyyəli liderləri ilə görüşdüyünü ifadə edən Quterreş, HƏMAS-ın "iyrənc" hücumlarını pisləyib.
Manset.az xəbər verir ki, Quterreş BMT-nin Nyu Yorkdakı binasında İsrail-Fələstində baş verən hadisələrlə bağlı mətbuata açıqlama verib.
Açıqlamada Quterreş hərbi əməliyyatların dərhal dayandırılmasını və girovların azad edilməsini istəyib. .
Quterreş çoxlu itki olduğunu, aralarında mülki vətəndaşların da olduğu 100-dən çox israillinin girov götürüldüyünü bildirib.
İsrailin əməliyyatları davam etdikcə ölən və yaralananların sayının artacağını ifadə edən Quterreş, "İsrailin qanuni təhlükəsizlik narahatlıqlarını başa düşsəm də, İsrailə xatırladıram ki, bütün hərbi əməliyyatlarını çox vasvasılıqla və beynəlxalq humanitar hüquqa uyğun şəkildə həyata keçirməlidir".
Jalə
Manşet.az