İsrail-HƏMAS müharibəsində ölənlərin sayı artdı

08:59 - 10 Oktyabr 2023

İsrail-HƏMAS müharibəsində ölənlərin sayı artdı

HƏMAS qruplaşmasının hücumu nəticəsində İsrail ərazisində həlak olanların sayı 900-ü ötüb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” yayıb.

Bununla yanaşı, daha 2616 nəfər isə yaralanıb. Yaralılardan 26-nın vəziyyəti ağır olaraq qiymətləndirilir. 100-dən çox israillinin isə HƏMAS tərəfindən əsir götürüldüyü qeyd olunub.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə isə, Qəzza zolağında 687 fələstinli ölüb, 2271 nəfər yaralanıb.

Hər iki tərəfdən ölü sayının artacağı istisna edilmir.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda döyüşlər davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az