HƏMAS Qəzzada mülki hədəflərin vurulacağı təqdirdə israilli məhbusları edam edəcəyi ilə hədələdi 

14:09 - 10 Oktyabr 2023

HƏMAS Qəzzada mülki hədəflərin vurulacağı təqdirdə israilli məhbusları edam edəcəyi ilə hədələdi 

HƏMAS İsrailin Qəzza zolağına hücumlarına cavab olaraq israilli girovları edam etməklə hədələyib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, HƏMAS "Xalqımız xəbərdarlıq edilmədən hədəfə alındıqda, bu, mülki girovlardan birinin edam edilməsi ilə nəticələnəcək. Düşmən insani və əxlaqi dildən anlamadığı üçün biz də onlarla onların başa düşdüyü dildə danışacağıq", - deyib.  

Yüzdən çox israillinin HƏMAS tərəfindən əsir götürüldüyünü deyən İsrailin baş naziri Netanyahu başladılan hərbi əməliyyatın "yalnız başlanğıc" olduğunu vurğulayıb.

Baş nazir çıxışında “HƏMAS-ın yaşayacaqları dəhşətli olacaq, biz onları güclə, böyük güclə məğlub edəcəyik” sözünü verib.

Hər iki tərəfin rəsmi məlumatına görə, indiyədək qarşıdurmalarda təxminən 1400 nəfər həyatını itirib.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az