Avropa İttifaqı Fələstinə yardımı dayandırdı

14:22 - 10 Oktyabr 2023

Avropa İttifaqı Fələstinə yardımı dayandırdı

Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi Aİ-nin Fələstinlilərə bütün inkişaf yardımı ödənişlərini dayandırdığını və bütün mövcud proqramları yenidən qiymətləndirəcəyini açıqlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Macarıstan komissarı açıqlamasında hazırkı inkişaf yardım proqramının 691 milyon avro təşkil etdiyini bildirib:

“Bütün ödənişlər dayandırılır, bütün layihələr yenidən nəzərdən keçirilir, 2023-cü ilə qədər olan bütün layihə büdcələri növbəti bildirişə qədər təxirə salınır, proqram yenidən qiymətləndiriləcək”.

Qeyd edək ki, fələstinlilərin ən böyük maliyyə dəstəkçilərindən biri olan Avropa İttifaqı 2021-2024-cü illər arasında layihələrin, xüsusilə də təhsil və səhiyyənin maliyyələşdirilməsi üçün təxminən 1,2 milyard avro büdcə proqnozlaşdırmışdı.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az