Oktyabrın 7-dən etibarən İsrailin Qəzzaya atdığı bombaların ABŞ-ın 1 ildə Əfqanıstana atdığı bombalarla, başqa bir müqayisədə isə dörddə bir nüvə bombasına barəbər olduğu bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Liviyadakı müharibə cinayətləri üzrə keçmiş müstəntiqi, hərbi məsləhətçi və beynəlxalq ekspert Mark Qarlasko “Vaşinqton Post” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə ABŞ-ın bir il ərzində Əfqanıstana atdığı bombaları İsrail daha kiçik və əhalinin sıx məskunlaşdığı Qəzzaya bir həftə içində atıb:
"İsrail Qəzzaya 6 gündə 6 min bomba atdı. Əfqanıstandakı müharibə zamanı bir ildə atılan ən çox bomba və digər sursat 7 min 423 civarındadır. Üstəlik, BMT-nin hesabatına görə NATO Liviyadakı bütün müharibə zamanı 7 min 600-dən çox bomba və raketin atıldığını açıqlayıb.
Qeyd edək ki, İsrail ordusu oktyabrın 7-dən bəri blokadada olan Qəzza zolağına təxminən 6 min bomba atıldığını açıqlayıb.
Əfsanə
Manşet.az