Rusiya prezidenti Vladimir Putin oktyabrın 16-da İsrailin baş naziri Binyamin Netanyahu və Fələstin lideri Mahmud Abbasla söhbət də daxil olmaqla beş beynəlxalq telefon danışığı aparacaq.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib:
"Prezident artıq Suriya prezidenti (Bəşər Əsəd) və İran prezidenti (İbrahim Rəisi) ilə danışıb. Gün ərzində daha çox telefon danışığı olub. Misir prezidenti Əbdülfəttah Əs-Sisi, Fələstin lideri Mahmud Abbas, eləcə də İsrailin baş naziri Benyamin Netanyahu ilə təmaslar olacaq”, - deyə Uşakov bildirib.