Şahzadə Salman Blinkeni niyə gözlədib? - SƏBƏB

19:06 - 16 Oktyabr 2023

Şahzadə Salman Blinkeni niyə gözlədib? - SƏBƏB

Oktyabrın 7-də İsraillə HƏMAS arasında başlayan qarşıdurmalardan sonra Yaxın Şərq turuna çıxan ABŞ dövlət katibi Antoni Blinken İordaniya, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı və BƏƏ, daha sonra Misir və Səudiyyə Ərəbistanına səfər edib. Səfərlər çərçivəsində Blinken Misir prezidenti Əbdülfəttah əs-Sisi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb.

 

Manset.az xəbər verir ki,  Washington Post-un iddiasına görə, Blinken şahzadə Salmanla görüşmək üçün saatlarla gözlədilib. Bu səbəbdən axşam baş tutması gözlənilən iclası ancaq səhər saatlarında keçirmək mümkün olub.

Şahzadə Salman səhər saatlarında keçirilən iclasda “İsrailin günahsız insanların həyatına son qoyduğu əməliyyat dayandırılmalı, Fələstin torpaqlarını su, işıq və yanacaqsız qoyan Qəzza mühasirəsi qaldırılmalıdır" - deyib.

Şahzadə ilə görüşündən sonra Ər-Riyadda qaldığı oteldə mətbuat mənsublarının suallarını cavablandıran Blinken görüşün “çox konstruktiv” keçdiyini bildirib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az