Putin İsrail və Fələstin liderləri ilə danışıqlar aparacaq.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
O qeyd edib ki, Putin oktyabrın 16-da İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbasla danışacaq.
Söhbət zamanı İsrail və Fələstin arasındakı münaqişə ilə bağlı fikir mübadiləsi aparılacağı vurğulanıb.