Putin Netanyahu ilə danışdı

21:03 - 16 Oktyabr 2023

Putin Netanyahu ilə danışdı

Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

 

Manset.az xəbər verir ki, bu barədə "Haaretz" qəzeti yazıb.

Dialoqun təfərrüatları açıqlanmayıb.

Rusiya prezidenti bu gün səhər saatlarında Suriya prezidenti Bəşər Əsəd, İran prezidenti İbrahim Rəisi və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı aparıb. Danışıqlar nəticəsində liderlərin hamısı Qəzza zolağında humanitar böhrana son qoyulmasının vacibliyini bəyan ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az