Netanyahununun karikaturasını çəkdiyi üçün 40 illik işçisini qovdu

11:22 - 17 Oktyabr 2023

Netanyahununun karikaturasını çəkdiyi üçün 40 illik işçisini qovdu

Britaniyanın “The Guardian” qəzetində 40 ildən çox işləyən karikaturaçı Stiv Bell İsrailin Baş naziri Binyamin Netanyahunun çəkildiyi son rəsminin “antisemitizm” olması ittihamı ilə işdən çıxarılıb.

 

Manset.az xarici mediaya istinad edərək xəbər verir ki, əsərini qəzetin ittihamlarına qarşı müdafiə edən 72 yaşlı karikaturaçı açıqlamasında “The Guardian”ın narahatlığını anlamadığını qeyd edib.

Bildirib ki, rəsmi qəzetə göndərdikdən sonra “The Guardian” əməkdaşlarından Şekspirin "Venesiya taciri" tamaşasındakı yəhudi obrazı Şilokun tacir Antonoinin "bədənindən yarım kilo ət" istəməsinə istinad edən "şifrələnmiş mesaj" alıb. Bell Guardian-ın "hətta çəkilməmiş karikaturalar üçün belə məzmunu nəzərdən keçirmək istiqamətində "yeni bir proses" başlatdığına diqqət çəkib və müqaviləsinin gələn ilin aprelində bitməsinə baxmayaraq karikaturalarının nəşr olunmayacağının söylədiklərini bildirib.

Beləki, Qəzza zolağının konturları ilə Netanyahunun mədəsində qarnında kəsik yer alan karikaturada Netanyahu öz bədənini neştərlə əməliyyat etməyə hazırlaşarkən təsvir edilib. Şəklin üstündə “Qəzza sakinləri, rədd olun!” yazısı yer alıb.

“The Guardian”ın sözçüsü mövzu ilə bağlı verdiyi açıqlamada Bell ilə işləməyə davam etmək planlarının olmadığını təsdiqləyib. Sözçü bildirib ki, Stiv Bellin müqaviləsinin yenilənməməsi barədə qərar qəbul edilib. Stiv Bellin cizgi filmləri son 40 ildə “The Guardian”ın mühüm hissəsi olub. Ona təşəkkür edir və uğurlar arzu edirik.  

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az