İsrailin şimalında Livanla sərhəddə yerləşən Metula şəhəri atəşə məruz qalıb.
Manset.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.
Məlumatda qeyd olunur ki, öz növbəsində İsrail ordusu cavab tədbirlərinə əl atıb.
Ehtimal edilir ki, Livanla sərhəddə yerləşən Metula şəhəri “Hizbillah” qruplaşması tərəfindən atəşə tutulub.