Mardində Qızıltəpə məhəlləsində “beşik kəsmə” edilən 8 yaşlı qız və 9 yaşlı əmisi oğlu üçün keçirilən nişan mərasiminin görüntülərinin ortaya çıxmasından sonra başladılan istintaqda daha bir qalmaqal ortaya çıxıb.
Manset.az xarici mediaya istinad edərək xəbər verir ki, ailə arasında keçirilən nişan mərasimindən 15 gün sonra uşaqların toyunun keçirilməsi planlaşdırılıb.
Görüntüləri sosial şəbəkədə paylaşılan nişandan sonra uşaqların valideynləri saxlanılıb. Nişanın onların nənə və babalarının istəyi ilə edildiyi iddia edilib.
Hadisə ilə bağlı Mardin Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb. Qubernatorluqdan verilən açıqlamada uşaqlarla bağlı müvəqqəti ehtiyat qərarının alındığı və onların qoruma altında olduğu açıqlanıb.


Əfsanə
Manşet.az