İran hökuməti HƏMAS ilə İsrail arasında müharibənin daha da genişlənməsini görmək istəmədiyini, İsrailin Qəzzada əməliyyatları davam edəcəyi təqdirdə bu müharibəyə müdaxilə edəcəyi ilə bağlı İsrailə mesaj göndərib.
Manset.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə ABŞ-dakı “Axios” jurnalı məlumat verib.
Bildirilib ki, mesaj BMT rəsmisi vasitəsilə İsrailə çatdırılıb.
Bu xəbərdarlıq Amerikanın İran və Hizbullahı müharibəyə qoşulmaqdan çəkindirməyə çalışdığı bir vaxtda səslənib. ABŞ bu həftə bölgəyə bir təyyarədaşıyan gəmisini və ona dəstək qrupu göndərib.
Əfsanə
Manşet.az