Yaşlılar üçün xüsusi robot hazırlandı

15:55 - 17 Oktyabr 2023

Yaşlılar üçün xüsusi robot hazırlandı

ABŞ-ın Denver Universitetində yaşlılara qulluq etmək üçün robotlar hazırlanıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Həmişə ehtiyac duyduğunuz robot” mənasını verən “RYAN” adlanan robot sosial təcriddən əziyyət çəkən nənə və babaların qayğısına qalmaq üçün nəzərdə tutulub.

Ryan başındakı daxili video proyeksiyası sayəsində fərdiləşdirilə bilir. Onun cizgi filmi siması var. O, istifadəçilərlə oyunlar oynaya, onlarla söhbət edə və hətta onlarla yoqa və musiqi ilə qarşılıqlı əlaqədə ola bilər.

Universitetin laboratoriya müdiri, professor Mohammed Mahoor bu layihəyə 2014-cü ildə başladığını bildirib. O vaxtdan bəri yerli tibb müəssisələrində və yaşlılar üçün qayğı mərkəzində RYAN-ı sınaqdan keçirib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az