İsraildən Gigi Hadidə “Fələstin” reaksiyası: Sizi görürük

16:25 - 17 Oktyabr 2023

İsraildən Gigi Hadidə “Fələstin” reaksiyası: Sizi görürük

İsrail hökuməti Fələstin əsilli dünyaca məşhur model Gigi Hadidin İsrail və Fələstin arasındakı qarşıdurmalarla bağlı açıqlamasına reaksiya verib.

 

Manset.az xarici mediaya istinad edərək xəbər verir ki, İsrail dövlətinin hesabı Hadidin hesabını etiketləyərək məşhur modelə müraciət edib.

“Bir həftədir yaxşı yatmısan, Gigi? Yoxsa yəhudi körpələrinin evlərində öldürülməsinə göz yumursunuz? Səssizliyiniz dayandığınız yeri çox gözəl göstərir. Sizi görürük. HƏMAS-ın israilliləri qətlə yetirməsində qəhrəmanlıq heç nə yoxdur. HƏMAS-ı qınamaq Fələstin əleyhinə deyil və vəhşi terrorçularla mübarizədə israilliləri dəstəkləmək düzgün addımdır”, ifadəsini işlədib.

Qeyd edək ki, Fələstin əsilli 28 yaşlı Amerika model İsraillə Həmas arasında baş verənlərlə bağlı “Mənim fələstinlilərə ümidlərim və arzularım var, lakin onların heç biri tək bir yəhudinin belə zərər görməsini nəzərdə tutmur. Günahsız insanları terror etmək “Azad Fələstin” hərəkatı ilə bir araya sığmır və ona heç bir fayda verməz” demişdi.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az